Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacaq.
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva AzTV-nin "Hədəf" verilişində deyib.
TƏBİB rəsmisi bildirib ki, bununla bağlı xüsusi monitorinq qrupları yaradılacaq: "Burada Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olacaq. Onlar çimərliklərdə monitorinqlər aparacaqlar. Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı, bunun üzərində düşünüləcək".