G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri istirahət günü görüşəcək.
Unikal.org xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş deyib. Onun sözlərinə görə, bu görüş borc böhranı ilə bağlı vəziyyəti dəyişməyə imkan verəcək.
Baş katibin fikrincə, mövcud vəziyyətdə yalnız aşağı gəlirli ölkələr üçün deyil, həm də orta gəlirli və inkişaf etməkdə olan ölkələr üçün borcun ödənilməsini dayandırmaq lazımdır.
“Əminəm ki, bu problem həll olunmasa, dünya iqtisadiyyatı üçün ciddi və dağıdıcı ola bilər”- deyə, Baş katib əlavə edib.