Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə olan son telefon əlaqəsindən danışıb.
Unikal.org xəbər verir ki, Azərbaycan Televiziyasında yayımlanan “Çıxışa doğru” verilişində qonaq olan gənc bunları deyib:
“4 gün qabaq atamla telefon danışığı olmuşdu. Bu telefon danışığında gələcəklə bağlı planlarımızı, nə edəcəyimizi, seçdiyimiz peşənin necə olacağı barədə söhbət etmişdik.
Atam hərbçi kimi çalışırdı, ancaq məni mütləq hər hansısa hüquq-mühafizə orqanında görmək istəyirdi, çünki özüm də bunu istəyirdim. Hərbçi ailəsində böyüdüyüm üçün, atamdan nümunə götürərək bu peşəni seçmək istəyirdim”.
Qeyd edək ki, polkovnik İlqar Mirzəyev iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.