ABŞ-ın Arkanzas Universitetinin alimləri süd vəzilərinin üçqat mənfi reaksiyalı xərçənginin hüceyrələrini öldürən yeni nanopreparat hazırlayıblar. Eyni zamanda toksiki yan təsirlər müşahidə edilmir.
Unikal.org bildirir ki, bu barədə “Advanced Therapeutics” yazır.
Süd vəzilərinin üçqat neqativ xərçəngi bədxassəli döş şişlərinin ən təhlükəli növüdür. Hətta kimyaterapiyası da həmişə kömək eləmir.
“Biz bu problemi həll edə bilmişik. Belə ki, sağlam hüceyrələrə təsir etmədən, yalnız xərçəng hüceyrələrinə yönəlmiş tərkib hazırlamışıq”, - deyə Kimya və biokimya kafedrasının dosenti Həsən Beyzavi bildirib.
Alimlərin sözlərinə əsasən, onların nanopreparatları süd vəzilərinin üçqat neqativ xərçəngindən əziyyət çəkən qadınların 80%-nin keçdiyi kimyaterapiyasından imtina etməyə kömək edəcək.