Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatını mənfi təsirlərini azaltmaq üçün hazırlanmış Tədbirlər Planı çəriçivəsində 212 mindən çox işçilərinin əmək haqqının bir hissəsinin ödənilməsinə 95,6 milyon manat, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 106 minə yaxın fərdi (mikro) sahibkara 63 milyon manat ödəniş edilib.

Unikal.org  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Bundan başqa, onun sözlərinə görə, iş adamlarının görürdükləri kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üçün İpoteka və Kredit Zəmanət Fonduna 10 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna isə 25 milyon manat əlavə vəsait ayrılıb.

"Ümumilikdə bu istiqamətlər üzrə 353 milyon manatdan çox vəsait xərclənib. Dətyək paketin ümumi məbləği 900 milyon manatdır. Bundan başqa, 689 min insanlara müxtəlif proqramlar üzrə 254 milyon manatdan çox dəstək verilib ", - deyə Ş.Mövsümov qeyd edib.