“Hazırda Bakı şəhərində evdə nəzarət-müşahidə altında olan vətəndaşlar üçün vitaminlərlə bağlı qıtlıq yoxdur, dərmanlar hamısı çatdırılır.
Unikal.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Təbii ki, biz buna ilk vaxtlar başlayanda çatdırma məsələsində əngəllər olurdu. Amma bu əngəllər də aradan qaldırılıb”, o bildirib.