Büdcə dəyişiklikləri ilə bağlı hazırda müzakirələr gedir. Bu gün büdcənin icrasında hər hansı bir çətinliyimiz yoxdur.
Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, büdcənin gəlir hissəsi profisitlə icra edilib.
"Xərclərdə də normal dinamika var. Ona görə də büdcəyə hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac yoxdur".