Avropa İttifaqı rəsmiləri 2021-2027-ci illərin yeddi illik büdcə planında 12,6 mlrd avronu namizəd-ölkələr və üzv olmağa potensial namizədlər üçün ayırmağı nəzərdə tutub.
Unikal.org xəbər verir ki, bu barədə Aİ sammitinin nəticələrinin əks olunduğu sənəddə deyilir.
“Üzv olmaq meyarlarının yerinə yetirilməsi üçün benefisiarlara kömək Alətinə ayrılacaq vəsait 12,56 mlrd avro təşkil edəcək”, - deyə sənəddə bildirilir.
Üzv olmamışdan öncə kömək Aləti proqramına ayrılan vəsait namizəd ölkələrə və ya üzvlüyə potensial namizədlərə özlərinin siyasi, iqtisadi və hüquq sistemlərinin islahatlarını aparmağa kömək edəcək.
Aİ-yə namizəd-ölkələr Türkiyə, Albaniya, Monteneqro, Sebiya və Şimali Makedoniyadır.