Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 3 milyard 779,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a bildirilib ki, 6 ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 30,5 milyon dollar olub.
Qeyd edək ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 131,7 milyon dollar azdır.