Oliqarx və deputatlara Yeni il qadağası
13:13 07-12-2012
İQTİSADİYYAT
Oliqarx və deputatlara Yeni il qadağası
Onlara bayram günlərində tətil üçün xaricə getmək niyə yasaqlandı?
Azərbaycanda iri vəzifəli şəxslərə və biznesə sahib, əlində güclü maddi kapital cəmlənmiş bəzi deputatlara Yeni illə əlaqədar tətil günlərində xaricə getməmək tövsiyə olunub. Bildirilib ki, onlar Yeni ili qarşılamaq və istirahət etmək üçün ölkədən kənara üz tutmaq yerinə ölkə içində olmalıdırlar. Bu barədə redaksiyamıza bilgili mənbələrdən məlum olub.
Bəs belə bir yasağın səbəbi nədir? Mənbənin sözlərinə görə, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycanda 5 günün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin bu günlərdə qəbul etdiyi qərarla Azərbaycanda 2012-ci il dekabrın 31-dən 2013-ci il yanvarın 3-nə kimi qeyri-iş günüdür. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yanvarın 1, 2-si Yeni il bayramıdır. Dekabrın 29-u şənbə, dekabrın 30-u bazar gününə düşdüyü üçün 5 gün qeyri-iş günü olacaq: "Bir sözlə, həm Yeni ili ekzotik şəkildə qarşılamaq və həm də 5 günlük tətildə lüks tətil keçirmək üçün əksər iri məmurlar və iqtidar deputatları ölkə kənarına getməyi planlaşdırıblarmış. Bir çoxlarının hətta öncədən konkret planları da müəyyənləşibmiş. Amma onlar hamısı bu arzularından, planlarından vaz keçmək məcburiyyətində qalıblar".
Mənbəmizin bildirdiyinə görə, bunun da səbəbi iri məmurlara Yeni ili kurasiya etdikləri, millət vəkillərinə isə seçildikləri rayonda camaat arasında qeyd etməyin tapşırılmasıdır: "Onlar müxtəlif xeyriyyə tədbirləri keçirməli, vətəndaşların bayram sevinclərinə şərik olmalı, bayramı keçirməyə maddi imkanı olmayanlara dəstək durmalıdırlar. Bu da təsadüfi deyil: 2013-cü il prezident seçkiləri ilidir, indidən hakimiyyət nümayəndələrinin xalqla təmaslarını artırması, siyasi dividentlərin toplanması üçün çeşidli addımların atılması vacibdir. Yeni illə bağlı iri məmur və deputatlara məlum tövsiyənin də həmin addımlardan biri kimi qəbul olunması lazımdır".
Nəzərə alsaq ki, bizim fantastik kapitala, xalqla müqayisədə yaxşı maddi imkanlara malik hökumət nümayəndələri əyləncəyə, lüks istirahətlərə, ekzotik tətillərə aludədirlər (zaman-zaman mətbuatda bunun parlaq nümunəsi sayıla biləcək xeyli faktlar da ortaya çıxır), o zaman haqqında danışılan yasağı onlara ağır zərbə kimi qiymətləndirmək mümkündür. Allah bilir, indi qanları necə qaradır. Bizə isə elə məmurlara və millət vəkillərinə "keçmiş olsun" deməkdən başqa çarə qalmır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00