ABŞ Prezidenti Donald Tramp ölkə vətəndaşlarına yeni tip koronavirus üzərində qələbə və “qızıl əsr” söz verir.

Unikal.org xəbər verir ki, bu barədə Amerika lideri özünün “Twitter” hesabında yazıb.

“Biz tezliklə virus üzərində qələbə çalacağıq və indiyədək olan ən gözəl dövrümüzə -  “qızıl əsrə” qədəm qoyacağıq”, - deyə dövlət başçısıs bildirib.

O, həmçinin ABŞ şəhərlərində etiraz edənləri “anarxist və təşviqatçılar” adlandırıb və qeyd edib ki, Demokratlar Partiyasının namizədi Co Baydenin qarşıdan gələn prezident seçkilərində qələbəsi bazarların uçmasına və şəhərlərin yandırılmasına gətirib çıxaracaq.