Sağ qabırğaların altında ağrılar, iştahanın itməsi və çəkinin azalması, eləcə də dərinin rənginin saralması qaraciyər onkologiyasının başlanmasından xəbər verir.
Unikal.org-un məlumatına əsasən, bu barədə “Komsomolskaya Pravda”ya tibb elmləri üzrə doktor Dina Sakayeva bildirib.
Həkimin sözlərinə əsasən, bədənin hərarətinin heç bir səbəb olmadan 37,5 0C-dən yuxarı qalxaraq, uzun müddət düşməməyi də qaraciyər xərçənginin əlamətlərindəndir.
Sakayeva qeyd edib ki, qarın nahiyyəsində ağrıların get-gedə artmağı da çox vaxt qaraciyərin hüdudlarından kənara yayılmağa başlayan şişdən xəbər verir.