İranda ötәn sutka әrzindә daha 235 nəfərin koronavirusdan (COVID-19) ölməsi ilə bu virusdan ölənlərin sayı 16 147 nəfərə yüksəlib.

Unikal.org xəbər verir ki, ötən 24 saat ərzində daha 2 667 nəfər koronavirusa yoluxub. Beləliklə bu virusa yoluxanların sayı 296 273 nəfərə çatıb. Virus daşıyıcılarından 3 902 nəfərin vəziyyəti ağırdır.

Bildirilib ki, indiyədək 257 019 nəfər koronavirusdan sağalıb.

.