Moskvada ötən gün ərzində 700-dən çox obyektə bomba qoyulması barədə anonim zənglər daxil olub.

Unikal.org-un məlumatına görə, 350 ticarət mərkəzi, 120-dən çox tibbi müəssisə, eləcə də bütün metro stansiyalarında bomba olması barədə xəbərdarlıqlar edilib.

Hüquq-mühafizə orqanları qeyd olunan ünvanlarda axtarışlar aparıb. Ümumilikdə, 4 mindən çox şəxs təxliyə olunub.

Bütün zənglərin əsassız olduğu müəyyən edilib.