ABŞ-da pandemiya nəticəsində ölənlərin sayı son 24 saatda daha 659 nəfər artaraq 150 515-ə çatıb. 

Unikal.org COVID-19 məlumatlarının tərtib olunduğu "Worldometer" saytına istinadən xəbər verir ki, son 24 saatda ölkədə 61 mindən çox insan koronavirusa yoluxub, bununla da ümumi yoluxanların sayı 4 435 113-ə yüksəlib.