ABŞ-da COVID-19 yardım fondundan kreditlə lüks avtomobil alan şəxs həbs edilib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ mətbuatı Ədliyyə Nazirliyinin verdiyi açıqlamaya görə məlumat yayıb.
Belə ki, 29 yaşlı David Hines, COVID-19 səbəbiylə işdən çıxmağın qarşısını almaq üçün çalışdığı şirkətin kredit dəstəyindən 3.9 milyon dollar götürüb.
Kredit tətbiqetməsində işçilərinin ödəmələri üçün saxta bəyannamə verən Hines bu krediti aldıqdan bir neçə gün sonra təxminən 318 min dollar dəyərində "2020 Lamborghini Huracan" avtomobili alıb.
Hinesin bu kreditlə lüks mağazalarda alış-veriş etdiyi və lüks kurortlarda qaldığı da məlum olub.
Fırıldaqçılıq, yalan və qanunsuz əməliyyatlar ittihamı ilə Mayami Federal Məhkəməsinə gətirilən Hinesin lüks avtomobili, bank hesablarında 3,4 milyon dollar qarşılığında ələ keçirilib.
Qeyd edək ki, həbs olunan Hines məhkum edildiyi təqdirdə 70 ilədək həbs cəzası ala bilər.