2008-ci ildə bütün dünyanın diqqətini çəkən qəribə hadisə hələ də sirli olaraq qalır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın 40 yaşlı sakini Nur Səidənin sinə və qarın nahiyəsindən metal simlər çıxır.
Uşaq bağçasında tərbiyəçi işləyən qadının ilk simptomları 1991-ci ildə görünüb. İlk həftədə metal simlər özü-özlüyündə düşsə də, bir ay sonra yenidən çıxmağa başlayıb və bir daha qopmayıb.
Səidənin bacılarından biri simləri kəsməklə kömək etməyə çalışıb, lakin kəsilən simlər dəri altına girərək, digər tərəfdən çıxmağa başlayıblar.
10-20 sm uzunluğunda olan simlərin nə səbəbdən əmələ gəldiyi hələ də məlum deyil.
Rentgen şəkillərindən göründüyü kimi, qadının qarnında 40-dan çox metal sim var. Simlər özlərini "canlı" orqanizm kimi aparırlar və yerlərini dəyişə bilirlər.
Həkimlər bunun çox nadir genetik və ya psixi xəstəlik ola biləcəyini düşünürlər, lakin dəqiq diaqnozu qoymaqda acizdirlər, çünki xəstədə olan simptomların heç biri tibbi ədəbiyyatda mövcud deyil.