Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Unikal.org "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 16 milyon 770 min 141, pandemiya qurbanlarının sayı isə 659 min 887 nəfərə çatıb.

İndiyədək 10 milyon 329 min 190 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.