Meksikada son sutkada 7 208 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 402 697-yə çatıb.
Unikal.org xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.
Son 24 saatda, həmçinin virusa yoluxmuş 854 xəstə vəfat edib, ölənlərin ümumi sayı isə 44 876-dır.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Vuhan şəhərində meydana çıxan koronavirus infeksiyası dünyanın 198 ölkəsində yayılıb.