Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 10 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 155 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 6 489 nəfər karantində saxlanılır, 337 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 929 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.