Rusiyada son sutka ərzində daha 5 475 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 828 990 nəfərə çatıb. Son sutka ərzində 169 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 673 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 620 333 nəfərdir.