İran hərbçiləri Fars körfəzi yaxınlığında keçirilən təlimlər zamanı yerin altından ballistik raket buraxıblar.
Unikal.org xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yazır.
“Böyük peyğəmbər - 14” adlı manevrlərdə hərbi-dəniz və aerokosmik qüvvələr, eləcə də raket bölmələri və pilotsuz aparatlar iştirak edir.
Agentliyin məlumatına əsasən, İran SQ təlimlər zamanı ilk dəfə olaraq “Nur” peykindən məlumatlar alıb.
Qeyd edək ki, “Nur” İranın ilk hərbi peykidir. O, orbitə 2020-ci ilin aprelində buraxılıb.