Polşanın mərkəzi hissəsindəki Lodz əyalətində qasırğa ciddi fəsadlara səbəb olub.
Unikal.org xəbər verir ki, hadisə nəticəsinə 17 mindən çox sakin işıqsız qalıb. 20-dən çox tikiliyə ziyan dəyib. Əyalət ərazisində Jivets-Vengerska Qora dəmiryol marşrutu üzrə hərəkət dayandırılıb.
Bölgə rəhbərliyinin məlumatına əsasən sakinlər 570 dəfə xilasedicilərə müraciət ediblər.