İranda ötәn sutka әrzindә daha 196 nəfərin koronavirusdan (COVID-19) ölməsi öz təsdiqini tapıb.

Unikal.org xəbər verir ki, bununla da İranda virusdan ölənlərin sayı 16 343 nəfərə yüksəlib.

Bildirilib ki, İranda ötən 24 saat ərzində daha 2 636 nəfər koronavirusa yoluxub. Beləliklə bu virusa yoluxanların sayı 298 909 nəfərə çatıb. Virus daşıyıcılarından 4 027 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, İranda indiyədək 259 116 nəfərin koronavirusdan sağalıb.