"İki həftə ərzində İngiltərədə ikinci koronavirus dalğası başlama təhlükəsi var”.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin Baş naziri Boris Conson çıxışı zamanı deyib. O bildirib ki, digər Avropa ölkələrinə səfərləri çərçivəsində gördüklərindən olduqca narahatdır. Conson, həmçinin vətəndaşların bir çoxunun bu məsələyə laqeyd yanaşmalarından narahat olduğunu dilə gətirib.
"Bəzi insanlar iş yerlərinə qayıtmaq və hər şeyin əvvəlki kimi olmasını istəyirlər, amma qorunmaqda o qədər də maraqlı deyillər. Bildirməliyəm ki, pandemiyanın ciddiliyini nəzərə almasaq, bir çox xarici ölkələrdə yaşanan təhlükəli halı biz də görəcəyik", - deyə Conson qeyd edib.