Misirdə 5 məşhur qadın fenomen "Tiktok" sosial şəbəkəsində çəkdiyi videolara görə "İctimai əxlaqı pozmaq"da ittiham olunaraq həbs ediliblər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, artıq həmin qadınların azadlığa buraxılması üçün petisiya başladılıb. Bildirilir ki, Haneen Hossam adlı 20 yaşlı gənc qız Qahirə universitetinin tələbəsidir. O, əxlaqsızlığı təbliğ etməsi səbəbi ilə 2 il azadlıqdan məhrum edilib.
Həbs edilən digər qadın Movada al-Adhamın isə “Tiktok” və “Instagram” hesabında 2 milyondan çox izləyicisi var. Movada hər iki platformada satirik videoları paylaşdığına görə həbs edilib.