Bu gün İtaliya Deputatlar Palatasının iclası keçirilib.
Unikal.org-un verdiyi xəbərə görə, iclasda hökumətin ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı təklifi müzakirə edilib və səsverməyə çıxarılıb.
286 deputat təklifin lehinə, 221 deputat əleyhinə səs verib, 5 deputat isə bitərəf qalıb.
İtaliyada fövqəladə vəziyyət rejimi oktyabrın 15-dək uzadılıb.