Bosniya və Herseqovinada Veteranların işləri üzrə nazir Salko Bukvareviç koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bu haqda məlumatı Faktor nəşri 29 iyul çərşənbə günü yayıb.
53 yaşlı Bukvareviçin iyulun 22-də ağır vəziyyətdə Sarayevo şəhərində koronavirus infeksiyası ilə xəstəxanaya qaldırıldığı deyilir.
Bir neçə gündən sonra onu süni nəfəs aparatına qoşublar. Son 24 saat ərzində sabit vəziyyətdə olub, amma bu gün kəskin şəkildə pisləşib və dünyasını dəyişib.