Filippində fermaların birində yüksək patogenli quş qripi infeksiyası aşkar edilib.

Unikal.org xəbər verir ki, virus ölkənin şimalındakı Pampanqa əyalətində toyuq fermasında yayılıb.

Xəstəliklə əlaqədar 40 minə yaxın quş məhv edilib.

Quş qripinin müxtəlif növləri insana keçsə də, Filippində insanların yoluxma faktı qeydə alınmayıb.

Ferma sahiblərinə oradakı quşların vəhşi quşlarla təmaslarını mümkün qədər azaltmaq tövsiyə edilib.