ABŞ-da 24 saat televiziya xəbər formatının yaradıcısı, CNN-nin qurucusu olan Reese Schonfeld vəfat edib.

Unikal.org xəbər verir ki, ötən gün dünyasını dəyişən 89 yaşlı jurnalist altsheymer xəstəliyindən əziyyət çəkirmiş.

Reese Schonfeld 1980-ci illərin əvvəlində Ted Turnerla birlikdə CNN-i yaradıb.

ABŞ-da 24 saat xəbər formatını yaradan Schonfeld, iki ildən sonra CNN-dən ayrılıb. Daha sonra isə "News 12" və "Food Network’ün yaradanlardan biri olub.