Rusiyanın paytaxtı Moskvada sutka ərzində koronavirus infeksiyasına yoluxan daha 12 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə paytaxt koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahından bildirilib.

Ümumilikdə paytaxtda təsdiqlənmiş koronavirus xəstəliyi olan 4 446 nəfər ölüb.

Ölkədə isə 13 673 ölüm, 828 990 yoluxma qeydə alınıb, 620 333 nəfərin sağalması bildirilir.