Braziliyada son sutka ərzində daha 70 074 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

Unikal.org xəbər verir ki, bununla da Braziliyada koronavirusa yoluxanların sayı 2 552 265 nəfərə çatıb. Bu müddət ərzində 90 134 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1595 nəfər olub.

Həmçinin bu günədək 1 922 802 xəstə müalicə olunaraq sağalıb.