Şimali Koreya gəmiəleyhinə qanadlı raket sınaqdan çıxarıb. O, iyulun 6-da Yapon dənizində buraxılıb və ən azı 100 kilometr məsafə qət edib.
Unikal.org xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadən xəbər verir.
Bildirilir ki, sınaqlar barədə KİV-lərinə məlumat verilməyib. KXDR dəniz-dəniz sinfinə aid olan raketi müntəzəm yay təlimləri çərçivəsində sınaqdan keçirib.
Raketin dəqiq tipi bilinmir. Lakin hərbçilər bu tipin əvvəllər də sınaqdan keçirildiyini hesab edirlər.