Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 5 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1160 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6489 nəfər karantində saxlanılır, 337 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 935 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.