Koronavirus hissəciklərinin 90%-i otaq temperaturunda olan suda sutka ərzində məhv olur.
Unikal.org xəbər verir ki, bu barədə “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məlumat yayıb.
Qurum qeyd edib ki, virusun hissəciklərinin 99,9%-i isə eyni şərtlər daxilində 72 saat müddətində məhv olur.
“Rospotrebnadzor”un daha öncə yaydığı məlumata əsasən,koronavirus çöpləri nə şirin, nə də dəniz (duzlu) suda çoxalmır. Lakin onlar suda qalırlar. Problemi isə suyu qaynatmaqla həll etmək olar, belə ki, bu zaman virus hissəcikləri dərhal ölür.