ABŞ COVID-19 pandemiyasının mərkəzi və ən çox itki verən ölkə olaraq qalır.
Unikal.org COVID-19 məlumatlarının tərtib olunduğu "Worldometer" saytına istinadən xəbər verir ki, son 24 saatda ölkədə 1500 nəfər koronavirusun qurbanı olub. Beləliklə, ölkədə ümumi ölənlərin sayı 153 888-ə çatıb. Daha 70 min nəfərə yaxın insanın yoluxması ilə ölkədə yoluxanalrın sayı 4 570 125-ə yüksəlib.