Tunisdən İtaliyaya qanunsuz yolla miqrantları daşıyan gəmi Əl-Mehdiyyə şəhəri yaxınlığında batıb.
Unikal.org xəbər verir ki, bu barədə Tunisin Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada gəmidə 26 nəfərin olduğu və hadisədən sonra 25 nəfərin itkin düşdüyü bildirilib. Tunisin Dəniz Qüvvələri miqrantların axtarışına başlayıb.
Qeyd edək ki, Afrikanın şimalında yerləşən Tunis və Liviya kimi ölkələr qanunsuz yolla Avropaya getməyə çalışan miqrantların çıxış nöqtəsidir.