Zimbabvedə 99 yaşlı qadın öz dəfnində iki dəfə "dirilib".
Unikal.org xəbər verir ki, bu barədə "Bulawayo 24" yazır.
Belə ki, uzun müddət xəstə olan qadın insult keçirərək ölüb.
Qohumları dəfn mərasiminə hazırlaşıblar, lakin qəbrə qoyulan zaman "mərhumun" nəfəs aldığı məlum olub. Qohumları mərasimi dayandıraraq, qadını evə aparıblar.
Səhəri gün onun ürəyi yenidən dayanıb. Lakin bu dəfə də dəfn mərasimi zamanı o tərpənməyə başlayıb. Yaxınları "nənə"ni xəstəxanaya aparıblar və orada o, yenidən ölüb.
Yerli sakinlər hətta qadının qəfil dirilməsinin "sirr"ini anlamaq üçün cadugərə də müraciət ediblər.
"Yəqin ki, qadın huşsuz olub və ürək döyüntüsü çox zəif olduğundan qohumları və kənd sakinləri onun öldüyünü düşünüblər", - deyə həkimlər izah ediblər.