Hindistanda sel fəlakəti nəticəsində ölənlərin sayı durmadan artır.
Unikal.org xəbər verir ki, Assam Dövlət Fəlakət İdarəetmə Mərkəzinin (SDMA) verdiyi açıqlamada, Assam və Bihar ştatlarında musson yağışlarının yaratdığı sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb. Həmçinin də, ştatda baş verən daşqınlar səbəbindən 37 min insan didərgin düşdüyü və bu insanlar üçün 208 sığınacaq inşa edildiyi bildirilib.
Açıqlamada, 133 insandan 107-i əyalətdə həyatını itirdiyini, onlardan 26-nın sel və torpaq sürüşməsi nəticəsində öldüyünü qeyd edib.
Bildirək ki, çay yetişdirməsi ilə məşhur olan Assamda hər il yağışlı mövsümdə çay əkin sahələri su altında qalır.