İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 197 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, İranda koronavirusdan ölənlərin sayı 16 766 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 674 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 304204 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 263519 nəfər sağalıb. Virus daşıyıcısı olan 4021 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.