Yaponiyada artıq üçüncü gündür ki, son sutka ərzində koronavirusa rekord sayda - 1 579 yoluxma qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl, rekord yoluxma 1 301 nəfər olub.
Ölkədə koronavirusa yoluxanların sayının 37 100 nəfərə çatdığı bildirilir. Bu virusun yaradığı xəstəlik nəticəsində isə 1 024 nəfər həyatını itirib. Daha 87 nəfərin vəziyyətinin çox ağır olduğu bildirilir.
Eyni zamanda, qeyd edilir ki, üç prefekturada rekord sayda koronavirusa yeni yoluxma halı qeydə alınıb.