Alyaska səmasında, Soldotn şəhərinin yaxınlığında  iki kiçikölçülü təyyarənin toqquşması nəticəsində yeddi nəfər həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Ştatın İctimai təhlükəsizlik idarəsi məlumat yayıb.

Təyyarənin birində yeddi, digərində isə bir nəfərin olduğu bildirilir.Onların əksəriyyətinin hadisə yerində öldüyü qeyd edilir.

“The Washington Times” qəzetinin məlumatına əsasən, təyyarələrdən birində Ştatın nümayəndələr palatasının deputatı Harri Knopp olub.