ABŞ Çinin Sintszyan istehsalat-inşaat korpusuna qarşı “Maqnitski aktı” üzrə sanksiya tətbiq edib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi bildirib.
Sanksiyalar siyahısına, həmçinin korpusun rəhbəri Pen Tszyajuy və korpusun keçmiş siyasi komissarı Sun Tszinlun da daxildir.Sintszyan istehsalat-inşaat korpusu Sintszyan-Uyğur Muxtar Rayonu tərəfindən deyil, rəsmi Pekin tərəfindən idarə olunur. Korpus obyektlərin inşasında iştirak edir, digər bölgələrdən buraya insanların köçürülməsinə cavabdehlik daşıyır və bir sıra şəhərləri idarə edir.
ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunur ki, sanksiyalar “Sintszyan-Uyğur bölgəsində etnik azlıqlara qarşı insan hüquqlarının ciddi şəkildə pozulması” ilə əlaqədar tətbiq edilib. Birləşmiş Ştatlar növbəti dəfə Çin hakimiyyətini Uyğur əhalisini və digər azlıqları kütləvi şəkildə həbs etməkdə və fiziki təqiblərə məruz qoymaqda ittiham edib.