“Koronavirus pandemiyasına görə ölkədaxili və beynəlxalq tədbirlərlə bağlı xərclər azaldılıb”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
“Bir sıra uşaq bağçalarının fəaliyyəti pandemiya ilə əlaqədar dayandırılıb. Onların yemək və kommunal xərclərinə xeyli qənaət edilib. Yeganə olaraq əmək haqları ilə bağlı xərclər azaldılmayıb”, - deyə o, qeyd edib.