Xanlar Vəliyev Səfər Əbiyevi bitirir
Xanlar Vəliyev Səfər Əbiyevi bitirir

Hərbi prokuror Müdafiə Nazirliyini "fəth edir"

İyun ayının 22-də Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi vəzifəsindən cıxarılaraq sərəncama göndərilən polkovnik Məcid Məsimov yeni vəzifəyə təyin olunub. Bu barədə hərbi mənbələrdən özəl olaraq milaz.info portalına məlumat verilib.
Məlumatda bildirilir ki, polkovnik Məsimov Hərbi Tibb Fakultəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Bir sıra məlumatlara görə, Məcid Məsimov hərbi prokuror general-leytenant Xanlar Vəliyevin bacanagıdır.
Maraqlıdır ki, 5 ay əvvəl onun yerinə Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi vəzifəsinə Xanlar Vəliyevin başqa qohumu Natiq Əliyev təyin edilib.
Burada maraqlı olan nədir? Hərbi prokuror Xanlar Vəliyevin Səfər Əbiyevlə münasibətlərinin soyuq olduğu məlumdur. Bəzi iddialara görə Vəliyev hökumət daxilində "anti-Əbiyevçi cəbhə"ni təmsil edir. Yuxarıdakı təyinatların təhlilindən isə ortaya iki nəticə çıxır.
Birinci, Xanlar Vəliyevlə Səfər Əbiyevin arasında soyuq münasibətlərin olması barədə iddialar yanlışdır, əks halda müdafiə nazirinin hərbi prokurorun qohumlarını nazirlik sistemində önəmli postlara gətirməsi mümkünsüz görünür. Bu, inandırıcılıq dərəcəsi ən az olan ehtimaldır.
İkinci nəticə ondan ibarətdir ki, artıq Səfər Əbiyev Müdafiə Nazirliyi sisteminə nəzarəti xeyli itirib, əvəzində nazirlik daxilində onun rəqiblərinin mövqeyi güclənib ki, bu da sonucda Əbiyevə rəqib şəxslərin yaxınlarının vəzifə təyinatlarında özünü biruzə verir. Mətbuatın uzun müddətdir ki, yazdıqlarının təhlilindən belə qərara gəlmək olar ki, inandırıcılıq dozası ən yüksək olan ehtimal da məhz budur.
Günel Əkbər