"Ölkə üzrə təxminən 13 min insanın 190 manatlıq birdəfəlik ödəmədən sonra yenidən bu dəstəkdən yararlanması ləğv edilib"
Unikal.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, onlardan 3 minində müxtəlif gəlir mənbələri aşkar edilmişdi: "Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı idi. Ancaq növbəti aylardan bu dəstək dayandırıldı".
S.Babayev qeyd edib ki, ödəmə verilməsi dayandırılan daha 10 min insan da olub: "Bura həm də iş yeri taparaq əmək müqaviləsi imzalayan daxildir. Çünki ödənişi alandan sonrakı aylarda ictimai iş yeri tapanlar üçün ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcbur əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb".