Kanadanın Laval Universitetinin alimləri koronavirusun simptomlarını zəiflədən spirtli içki tapıblar.
Unikal.org xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazır.
Mütəxəssislərin araşdırmalarına əsasən, təbii çaxır çox vaxt koronavirusun ağır gedişatında yaranan kəskin respirator distress-sindromu yüngülləşdirə bilən unikal antioksidantlar ehtiva edir.
Məlum olub ki, ACE2 fermenti yüksək miqdarda olduqda distrss-sindrom zamanı təngənəfəsliyi və güclənmiş ürək döyüntülərini zəiflədə bilir. Fermentin miqdarı resveratrol antioksidantının köməyi ilə artır. Bu antioksidant isə qırmızı və ağ çaxırın tərkibində çox olur.
Həmçinin qeyd edilir ki, resveratrol immun sisteminin hüceyrələrini də zəiflədir. Koronavirus zamanı kəskin respirator distress-sindrom isə məhz immun sistemin həddindən artıq aktivliyi nəticəsində yaranır. Ona görə də antioksidant məhz bu ağırlaşmanın zəiflədilməsinə müsbət təsir göstərə bilər.
Resvirator, həmçinin yerfındığı, kakao, qarağat, böyürtkən, moruq və üzümün tərkibində var.