“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yeni administrasiya üçün yüksək prioritet olaraq qalacaq”
13:06 11-12-2012
CƏMİYYƏT
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yeni administrasiya üçün yüksək prioritet olaraq qalacaq”
“İran məsələsində Azərbaycanında təsiri ola bilər”
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın açıqlamasında bildirib ki, Ağ ev Azərbaycana önəm və yüksək prioritet verməkdə davam edəcək. ABŞ və Azərbaycan bir sıra çox önəmli sahələr üzrə ortaq maraqlara malikdir ki, buna regional təhlükəsizliyi, Dağlıq Qarabağ məsələsini, İran və Əfqanıstan məsələsini aid etmək olar. Azərbaycan Əfqanıstanla bağlı bizə çox köməklik edib.
Digər əməkdaşlıq sahəsi enerjidir. Burada biz Azərbaycan iqtisadiyyatının daha çox diversifikasiyasını vacib hesab edirik və bu istiqamətdə Azərbaycanla birgə işimizi davam etdiririk. Bu yaxınlarda keçirilən internetin idarə olunması üzrə forum buna yaxşı bir nümunədir.
Bundan başqa, demokratiya və insan haqları sahəsində biz hökumətlə fəaliyyətimizi davam etdiririk. ABŞ dövlət katibi Hillari Klinton iyun ayında ölkəyə səfər edəndə qeyd etmişdi ki, bizim ən yaxşı əlaqələrimiz o hökumətlərlə, o dövlətlərlə olur ki, onlar öz vətəndaşlarının insan haqlarını qoruyur və onları təmin edir. Biz hökumətlə bu istiqamətdə fəaliyyətimizin davam etdirilməsini səbirsizliklə gözləyirik.
O, dahasonra ABŞ –in Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamasına da diqqət ayırıb:-“ Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması administrasiya üçün yüksək prioritet olaraq qalacaq və hesab edirəm ki, bu münaqişənin nizamlanması bizim Azərbaycanla əlaqələrimizdə də çox yüksək prioritet təşkil edir. Mən 3 aya yaxındır Azərbaycandayam, bu müddətdə bir şeyi aydın şəkildə anlamışam ki, bu münaqişənin nizamlanması Azərbaycanda hər kəs üçün çox önəmlidir. Hər bir şəxs öz siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq Azərbaycanda bu münaqişənin ağrı-acısını çəkir və siyasi mövqeyindən asılı olmayaraq hər kəs bu məsələdə vahid mövqedən çıxış edir. Mən Minsk Qrupu ilə bu münaqişənin nizamlanması üçün öz fəaliyyətimi davam etdirəcəyəm. Bildiyiniz kimi, Minsk Qrupu münaqişənin nizamlanması üçün çox səylə çalışır və bu yaxınlarda bölgədə növbəti dəfə görüşlər keçiriblər. Ümidvaram ki, bu fəaliyyət və bu görüşlər sonda müsbət nəticə verəcək.
Bunu da qeyd edək ki, ABŞ-da yeni dövlət katibinin seçilmə prosesi başlayır və güman edilir ki, bu posta ermənispərəst Con Kerrin seçiləcək. Bu mövzuyada toxunan səfir bildirib ki, Dövlət katibinin kim olacağı barədə qərar ABŞ prezidentinin səlahiyyəti daxilində olan məsələdir. Bu barədə prezident qərar verməlidir və bunu Senat təsdiqləməlidir. Ona görə də mən dövlət katibi vəzifəsinə namizədlərin kimliyi barədə şərh verməyəcəyəm. Con Kerri barəsində deyə bilərəm ki, mən onu 30 ildən artıqdır tanıyıram. O, çox layiqli, ədalətli bir insandır və sizə zəmanət verə bilərəm ki, o, Ermənistan və Azərbaycanla bağlı məsələlərə obyektiv yanaşacaq.Səfir həm də səs-küylü Xocalı hava limanının açılması məsələsinə də diqqət ayırıb:-“ Ümid edirik ki, bu məsələ bütün tərəflərin iştirakı ilə güc tətbiq edilmədən həll olunacaq. Eyni zamanda düşünürəm ki, hava limanının açılması və orada reyslərin həyata keçirilməsi faydalı olmayacaq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında qeyd edildiyi kimi, bu, regionda gərginliyin artırmasına səbəb ola bilər və bu da heç kəsin marağında deyil. Minsk Qrupu eyni zamanda onu da aydın şəkildə bildirib ki, hava limanının istismara verilməsi Dağlıq Qarabağın hüquqi statusuna heç bir təsir göstərməyəcək. Biz ümidvarıq ki, bu məsələ diplomatik və hüquqi yolla həllini tapacaq. Sonda bir daha qeyd eləmək istəyirəm ki, bu hava limanının açılması hüquqi statusa heç bir təsir etməyəcək”.Səfir İran məsələsində Azərbaycanında ciddi rol oynaya bilmə şansında olduğunu söyləyib. İran ABŞ administrasiyası üçün çox mühüm və prioritet təşkil edən məsələdir. ABŞ prezidenti çox aydın şəkildə bəyan edib ki, İranın nüvə silahına malik olması qəbuledilməzdir. Bununla yanaşı, prezident qeyd edib ki, məsələnin diplomatik yolla həlli üçün hələ də vaxt var. Ümidvarıq ki, sərt sanksiyalar və diplomatik yolla bu məsələnin həllinə nail olunacaq. Mən bu prosesdə bilavasitə iştirak etmirəm və məndə olan məlumat bununla məhdudlaşır.
İran Azərbaycanla qonşu olan bir dövlətdir və bu ölkələr arasında geniş və mürəkkəb əlaqələr var. Onların gündəlik əsasda demək olar ki, müxtəlif sahələrdə qarşılıqlı əlaqələri mövcuddur. Əgər Azərbaycan İranın mövqeyinə hansısa təsir göstərə bilərsə, bu, əlbəttə ki, çox məqsədəuyğun olar.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27