İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bu gün Astara sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana gəlib.
Unikal.org xəbər verir ki, A. Musəvini Bakıda İran səfirliyinin diplomatları və Ali Liderin Bakıdakı nümayəndəsi Əli Əkbər Ocaqnejad qarşılayıb.
A.Musəvi sabiq səfir Cavad Cahangirzadəni əvəz edəcək.