Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov son günlərdə karantin qaydalarını pozaraq toy mərasiminin keçirilməzinə etirazını bildirib.

Komitə sədri Unikal.org-a deyib ki, hər bir vətəndaşın qanunlara əməl etməsi vacibdir: "Koronavirus infeksiyası ilə mübarizədə tutduğu mövqedən, vəzifəsindən və səlahiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi  tələblərə ciddi əməl etməlidir.

Koronavirus pandemiyasına qarşı ölkəmizdə də çox ciddi mübarizə aparılır və bu  mübarizə istiqamətində kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir. Karantin tədbirlərinin pozulmasına görə hüquqi məsuliyyəti vəzifəsindən, səlahiyyətindən asılı olmaraq, hər kəs bilməlidir. Hər kəs buna riayət etməlidir. Əgər kimsə bu qaydaları pozarsa,  qanun qarşısında cavab verməlidir. Bu infeksiyaya qalib gəlmək üçün həmrəy olaraq, hər bir kəsin karantin qaydalarına ciddi əməl etməsi lazımdır".